Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

Rusiya NATO-ya qarşı: 4 diviziya yaranır

Əgər ehtiyac yaranarsa, Krıma quru qoşunları göndərə bilərik.

Bunu Rusiya Quru Qoşunlarının baş komandanı general-polkovnik Oleq Salyukov deyib.

“Hazırda Krımda quru qoşunlarımız yoxdur. Yarımadada təkcə Qara dəniz donanması var. Əgər bizə belə tapşırıq verilərsə, bunu yerinə yetirərik”, - general bildirib.

O, NATO-nun Şərqi Avropada hərbi təlimləri artırmasına cavab olaraq, Rusiyanın qərb və mərkəz bölgələrindəki qoşunları gücləndirəcəklərini açıqlayıb:

“2016-cı ildə qərb bölgəsində 3, mərkəzdə isə 1 yeni diviziya yaradılacaq”.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiyaya ilhaq olunub.
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.06.17, 10:56
Azərbaycana yay gəldi
21.06.17, 09:07
Avropanın p