Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

Bakıda meyvə-tərəvəz bahalaşıb

Satıcılar da, alıcılar da bahalıqdan gileylənir
"Dərmana ehtiyac olmasın deyə, bol-bol meyvə-tərəvəz yemək lazımdır. Amma nə dərman, nə də meyvə-tərəvəz almağa pulumuz yoxdur. Qiymətlər od tutub yanır, canım istəsə də, kənd təsərrüfatı məhsullarına yaxınlaşmaq olmur. Elə baxıb keçirik".

Bu sözləri "Yasamal bazarı" adlanan ticarət mərkəzində təqaüdçü Əli Əliyev bildirdi. Onun dediklərini satıcılar da təsdiqlədilər. Bildirdilər ki, hər bir meyvə-tərəvəzin qiyməti ən azı 40 qəpik bahalaşıb. "Qiymət artımının səbəblərindən biri piştaxtada olan məhsulların ölkəyə idxal olunmasıdır. Yəni əksər mallar ölkəmizə Türkiyə və İrandan gətirilib. Ona görə də qiymətlər bahadır. Üstəlik, bildiyiniz kimi dollar manata görə möhkəmlənib, ikinci devalvasiya baş verib. Digər sahələrdə olduğu kimi meyvə-tərəvəz məshullarının da qiyməti qalxıb. Qiymət artımından sonra müştərilər məhsulları az miqdarda alırlar. Malı 1 kiloqramdan az alanların sayı çoxalıb. Biz müştəriləri anlayırıq",-deyə satıcı bildirdi.

Biz də bazarda olduğumuz müddətdə alıcılıq qabiliyyətinin aşağı olduğunun şahidi olduq.
Ətin qiymətinə gəlincə isə hələlik qiyməti bahalaşmayıb. Qəssabların sözlərinə görə, qiymət artımı bazarda satılan ət və ət məhsullarına çox az təsir göstərib. Buna baxmayaraq, bu məhsulları almaq istəyənlərin sayı azalıb. Satıcılar bazarda "vaxtı öldürməklə" məşğul olduqlarını dedilər.
"Məmurlar çox zaman Azərbaycandakı qiymətləri Avropadakı qiymətlərlə müqayisə edirlər, amma nədənsə o ölkələrdəki maaş və təqaüdlə müqayisə aparılmır. Bəli, qiymətlər bahalaşmaqda davam edir. Onu da etiraf edək ki, supermarketlərdə kənd təsərrüfatı məhsulları bazara nisbətən daha bahadır. Amma orda alıcılıq qabiliyyəti daha yüksəkdir. Yəni belə təzadlar da var.
Ümumiyyətlə, kənd təsərrüfatı gəlirli sahə deyil. Odur ki, bu sahədə çalışan rayon sakinlərinin əksəriyyəti başqa sahələrə, xüsusən ticarət sektoruna üz tuturlar"./bizimyol/
798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı