Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

"Əlimizdə İŞİD-lə Türkiyə rəsmiləri arasında əlaqələrin olduğunu göstərən güclü sənədlər var"


İraq baş naziri Heydər Əl-İbadi Türkiyə hökumətindən İraqın Mosul şəhəri yaxınlığında yerləşən Türkiyə əsgərlərini geri çəkməsini bir daha tələb edib.

Deyerler İRİB-ə istinadən xəbər verir ki, İbadi CNN televiziyasına verdiyi müsahibədə Türkiyənin PKK və İŞİD terror təşkilatları ilә mübarizə strategiyasını nəzərdən keçirməsini istəyib.

İraq baş nazir deyib ki, Türkiyə bu mübarizə zamanı depressiyasını İraq və Suriya torpaqlarına daşıyır .

İbadi Türkiyə qoşunlarının İraq ərazisinə keçməsini iki ölkə münasibətlərinә mənfi təsir etdiyini bildirərək, Türkiyənin İraq ərazisində qətiyyən əsgər yerləşdirmək hüququnun olmadığını deyib.

İraq baş naziri Türkiyənin İŞİD-lə mübarizə bəhanəsi ilə İraq ərazisində əsgərlərini saxlanmasının düzgün olmadığını və Ankaranın İŞİD-lə mübarizəsini öz torpaqlarının daxilində etməli olduğunu bildirib.

İbadi həmçinin əllərində İŞİD-lə Türkiyə rəsmiləri arasında əlaqələrin olduğunu göstərən güclü sənədlərin olduğunu söyləyib. Türkiyənin regionla bağlı siyasətlərinin xətalarla dolu olduğunu və bunun regionda gərginliyi daha da artırdığını bildirib.
905 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25