Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2016

Kerri İrandan kömək istədi

ABŞ İranın regiondakı nüfuzundan bəhrələnməyə can atır

Amerika xarici işlər naziri Con Kerri İraqda itkin düşmüş 3 ABŞ vətəndaşının tapılması üçün İrandan kömək istəyib. 598.ir xəbər verir ki, Amerika kəşfiyyatı 3 amerikalının Əl-Rəmadinin azad edilməsi əməliyyatından kənarda saxlanılmış narazı şiə qruplar tərəfindən oğurlandığını bildirir. İranın düşmənləri şübhəli sayılan qrupların İranla əlaqədə olduğunu iddia etsə də, Vaşinqton belə bir iddia üçün heç bir əsas olmadığını vurğulayıb. Davos forumu haşiyəsində İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşən Kerri amerikalıların tapılması üçün kömək istəyib. Kerrinin xahişinə cavab olaraq Zərif deyib ki, bu barədə məsləhətləşib nəticəsini bildirəcək.
İraq-ABŞ və Misir-ABŞ vətəndaşlığına malik olan 3 şəxs müqavilə əsasında Amerika ordusu ilə həmkarlıq edib. Onlar Bağdad Beynəlxalq Hava Limanına gedərkən itkin düşüb. İraq rəsmiləri hadisə ilə bağlı açıqlama verib ki, amerikalılar narazı qruplar tərəfindən girov qismində götürülüb və ortada maddi maraq yoxdur.

Vilayet.info
952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:08
Bağırsaqlar