Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2016

Kanada polisi 4 nəfəri qətlə yetirəni həbs edib

Kanada polisi 4 nəfəri qətlə yetirib, 7 nəfəri yaralayan yeniyetməni həbs edib


Kanada polisi La Loş şəhərində 4 nəfəri qətlə yetirib, 7 nəfəri yaralayan 17 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbiri seçib. “RİA Novosti”nin verdiyi xəbərə görə, polis Kanada qanunvericiliyini əsas gətirərək, həbs edilən şəxsin kimliyini açıqlamayıb.

Qeyd edək ki, həbs olunan yeniyetmə evdə 13 və 16 yaşlı qardaşlarını qətlə yetirdikdən sonra silahla məktəbə hücum edib. Burada onun açdığı atəş nəticəsində, ümumilikdə, 9 nəfər yaralanıb. Yaralananlardan ikisi sonradan xəstəxanada keçinib./apa/
1057 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23