Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2016

ABŞ Yəmənə təcavüzdə Ərəbistanla birgə olduğunu bildirib

Amerikanın xarici işlər naziri Con Kerri Səudiyyə Ərəbistanının paytaxtı Riyaza səfəri zamanı ölkənin yüksək səlahiyyətli rəsmilərilə görüşüb. O bir daha Vaşinqtonun Ərəbistanın Yəmənə hücumunu dəstəklədiyini bildirib.
Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, şənbə günü Riyaza səfər edən Kerri kral Salman bin Əbdüləziz, xarici işlər naziri Adil əl-Cubeyr və müdafiə naziri və Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanla ayrı-ayrılıqda görüşüb.
O, kral Salmanla görüşdə regiondakı, xüsusilə də Suriayadakı vəziyyət barədə söhbətləşib.
Özünün ərəbistanlı həmkarı ilə mətbuat konfransı keçirən Kerri deyib: Mən əminəm ki, İŞİD yaxın gələcəkdə İraq və Suriyada böyük məğlubiyyətə düçar olacaq.
O bildirib: Biz razılaşdıq ki, Amerikanın Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri arasında mühüm əlaqə var və bu gedişi davam etdirəcəyik. Vaşinqton və Fars körfəzi ölkələri arasındakı əlaqə stratejidir. Mən inanıram ki dəyişiklər sürətlə cavab versin və biz daha sürətlə iş görək. Biz Yəməndə “üsyançılar”, husilər və əl-Qaidə ilə üz-üzəyik. Habelə demək lazımdır ki, biz Yəmən barədə Ərəbistanın yanındayıq. Habelə İŞİD əleyhinə koalisiya var. Biz öz “şəriklərimizlə” işğal olunmuş əraziləri geri qaytarmağa qadir olan İraq hərbi qüvvələrilə əməkdaşlıq edirik və bu səyləri davam etdiririk.
ABŞ XİN rəhbəri deyib: Biz İraq və Suriyada İŞİD mövqelərinə güclü hücumlar edəcəyik. Mən əminəm ki, yaxın gələcəkdə İŞİD İraq və Suriyada ağır məğlubiyyətlə üzləşəcək.
Böyük şeytan olan Amerikanın rəsmisi İranın da bostanına daş atmağı yaddan çıxarmayıb: Biz həmçinin İranın mövqeyindən də narahatıq. Nüvə razılaşmasının tam şəkildə icra edilməsini istəyirik. İrana nüvə silahına sahib olmasına icazə verməyəcəyik. Biz habelə İranın siyasətlərindən də narahatıq.
Adil əl-Cübeyr də bildirib: Biz Amerika xarici işlər nazirilə görüşdə region problemlərini, Yəmənin vəziyyətini və İranın regiondakı rolunu müzakirə etdik. Bu müzakirələr aşkar və aydın oldu. Bizim baxışlarımızda uyğunluq var idi.
897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı