Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2016

"WhatsApp"a gələn mesajları qarşı tərəf bilmədən necə oxumaq olar?

"WhatsApp" istifadəçilərini narahat edən funksiyanı bağlamağın çarəsi tapılıb.

"WhatsApp"a gələn mesajları oxuduğunuz zaman, təsdiq işarəsi olan qoşa mavi xətt – "oxundu" işarəsi yaranır. Çoxları bundan narahat olaraq özlərində yazılan ismarışa cavab vermək məcburiyyəti duyur.

Sizləri bu məsuliyyətdən xilas edən, 3 qaydanı təqdim edirik.

"Uçuş" rejimi

Bunun qarşısını almaq üçün qızıl qaydalardan biri mobil telefonlarda mövcud olan "uçuş rejimidir". Gələn mesajları oxumazdan öncə bu rejimə keçsəniz mesajları oxuduğunuz anlaşılmayacaq.

"WhatsApp widget" proqramı vasitəsilə mesajların oxunması

Yeni bir proqram "WhatsApp widget" istifadəyə verilib. Bunun sayəsində gələn mesajları qarşı tərəf bilmədən oxuya bilərsiniz. Bu zaman mesajları oxuduğunuz barədə qarşı tərəfə heç bir məlumat ötürülməyəcək. Telefonun ekranında bu proqram sayəsində mesajlar bir başa açılacaq.

"WhatsApp"ın Parametrlərindən faydalanaraq "oxundu" funksiyasını bağlamaq olar.

Bunun üçün Hesab>Gizlilik bölmələrinə daxil olaraq oxundu təsdiq məlumatını bağlaya bilərsiniz. Lakin bu zaman siz də başqalarının sizin mesajı oxuyub-oxumadıqlarını bilməyəcəksiniz.
1171 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39