Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Şimali Koreyada anım günü etirazlar başladı

Şimali Koreya, ölümünün ikinci ildönümündə keçmiş lideri Kim Conq-ili xatırlayır. Kim Conqu xatırlamaq üçün təşkil edilən rəsmi mərasimlərdə minlərlə səlahiyyətli şəxs, küçələrdə isə etirazlar var.

Paytaxt Pyonqyanqdan çəkilən görüntülərdə Kim Conqu xatırlamaq üçün təşkil edilən rəsmi mərasimlərdə minlərlə səlahiyyətli şəxsin iştirak etdiyi görünür. Kim Conq-ilin 2011-ci ildə ölümündən sonra onun kürsüsünə oğlu Kim Conq-yun əyləşib.

Ötən həftə Kim Conq-yunun göstərişi əsasında qaynı Çanq Sunq-tek edam edilib. Çanq müşahidəçilər tərəfindən Kimin “ağıl müəllimi” olaraq xarakterizə edilən bir insan olub. Rəsmi mətbuat qurumları, Çanqın çoxlu cinayət törətməkdə ittiham edildiyini bildirmişdi.


Kim Cong-yunun qaynı Çanqı edam etdirməsinə demək olar ki, bütün dünya reaksiya verdi. Bunun ardınca isə BMT-nin rəhbəri Pan ki-Mun, Çanqın edamını çox dramatik hadisə kimi xarakterizə edib.

Kim Cong-ilin xatirəsinə mərasimlər keçirilən ərəfədə, küçələrdə Şimali Koreyadakı bəzi aktivistlərin təşkil etdiyi etirazlarda iştirak edən Kim Cong-yun əleyhdarları da gözdən yayınmır. Şüarlar yazılmış tabloların qaldırıldığı nümayişlərdə isə Kim Cong-yunun fotoşəkilləri və Koreya bayraqları yandırılır.
1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 00:04