Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2016

Rövnəq Abdullayevin işçisi neft milyonlarını belə talayıb - Foto

Azərbaycan neftinin pullarının necə talanmasına dair sensasion dosye ortaya çıxıb.

SOCAR şirkətinin rəhbərliyinə daxil olan şəxslərdən birinin həyat yoldaşının 16 milyon dollarlıq villa almasını əks etdirən sənədlər yayılıb.

2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. Könül Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.

K. Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya bildirib ki, K. Mehdiyevanın mülkləri almaq üçün milyonlarla dollar nəğd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.

Sual yaranır-bəs Türkiyənin kurort bölgəsində daşınmaz əmlaka 20 milyon dollar kapital qoyan bu biznesvumen kimdir?

K. Mehdiyeva Salyan rayonunda anadan olub, işləmir. Onun həyat yoldaşı isə dövlət neft şirkəti olan SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevdir. O da Salyanda anadan olub. Q. Mehdiyev əvvəllər Azərbaycan Dövlət Neft Akademiyasında, indiki Neft və Sənaye İnstitutunda müəllim işləyib. Lakin SOCAR-da vəzifəyə təyin olunandan sonra sürətlə varlanıb. Onu Azərbaycanın ən varlı və əliaçıq adamlarından biri kimi xarakterizə edirlər. SOCAR sistemində tikintilər üzrə bütün podrat işlərinə Qiymət Mehdiyev məsuldur. Əlbətdə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçə min manatdır. Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder Uorren Baffet kimilərinin gücü çatardı.

Lakin mötəbər mənbələr deyir ki, Qiymət Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun “sağ əli”dir. M. İsmayılov SOCAR sistemində bütün tikinti və maliyyə işlərini kurasiya edir və layihələri Qiymət Mehdiyevin əli ilə həyata keçirir./virtualaz/




1592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber