Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2016

Moldova Maydan ərəfəsində: Yeni mitinqlər başladı

Moldovanın paytaxtı Kişinyovda hökumət əleyhinə mintinqlərə yenidən start verilib.

Bu barədə informasiyanı Moldova mətbuatı yayıb. Mətbuat mitinqdə heç bir partiyanın bayrağının qaldırılmadığını bildirib. Etirazçılar hökumətdən erkən parlament seçkisinin keçirilməsini tələb ediblər.

Etiraz aksiyalarının əsas təşkilatçısı olan müxalifət partiyaları isə Milli Xilas Komitəsini yaradacağını bəyan ediblər. Bu komitə bütün ölkə ərazisində hökumətə qarşı aksiyaların həyata keçirilməsinə cavabdeh olacaq.

Qeyd edək ki, Moldovada keçirilən mitinqlərin əsas təşkilatçıları rusiyayönlü Sosialistlər Partiyası, Bizim Partiya, Ləyaqət və Ədalət Vətəndaş Platformasıdır./apa/
1031 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP