Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2016

Göyərtəsində 227 nəfər olan təyyarədə - Bomba həyəcanı

Türk hava yollarına (THY) məxsus sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.

Hyuston -İstanbul marşrutu ilə hərəkət edən Boeing 777 təyyarəsi İrlandiyanın Şanon hava limanında təcili eniş edib.

Təyyarənin uçuşu dayandırmasına səbəb hava gəmisində bomba olması şübhələri ilə bağlı olub. İlkin məlumata görə, təyyarədə partlayıcının olması ilə bağlı ismarış hava laynerinin göyərtəsində tapılıb.

Hyuston-İstanbul reysində sərnişin və ekipaj üzvləri daxil olmaqla 227 nəfər olub. Məlumata görə onlar hamısı təxliyyə olunublar./ans/
904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber