Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2016

Eldar Sabiroğlu: “Artıq xalq sizdən cana doyub”

Məşhur YAP-çı oğlunun həbsinə görə Mehdiyevə nələr yazdı?

“Hansı daha ağır ittihamıdır – Rüfətin 1700 manat rüşvət alması, yoxsa sizin deputat “seçdirmək” üçün 1 milyon dollar aldığınız haqda deyilənlər?”

Məşhur YAP-çı, keçmiş deputat Eldar Sabiroğlu yanvarın 22-də ev dustaqlığına buraxılan övladı Rüfət Səfərovun həbsinə görə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi ittiham edir.

Sabiroğlu “Azadlıq” qəzetinə göndərdiyi açıqlamada qeyd edir ki, Mehdiyev ondan intiqam almaq istəyib, amma bunu sonadək bacarmayıb.

Keçmiş deputat iddia edir ki, oğlu Rüfət Səfərovun üzünə duaranları məhz Ramiz Mehdiyevin göstərişi ilə Zərdab RİH başçısı Lütfəli Babayev tapıb: “Zərərçəkmiş kişilər” Zərdab rayon İcra Hakimiyyətinin başcısı Lütfəli Babayevin tapşırıq və təyziqi ilə Rüfətin üzünə durdular. Başcıya göstərişi kim verə bilərdi?! Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin əmrini yerinə yetirən başcı Lütfəli Babayev oğlum Rüfətin həbsindən bir gün sonra tabeliyində olan hər iki şəxsi Bakıya göndərərək onları şər atmağa məcbur etmişdir. Əslində yazıq Babayevin o qədər günahı da yoxdur. Ramiz Mehdiyevin göstərişini yerinə yetirmək onun boyun borcu idi. Əks hərəkəti vəzifəsi ilə vidalaşmağa səbəb olardı. Bir sözlə, mənim düşmənim 79 yaşlı bu qocadı”.

Sabiroğlu yazır ki, Mehdiyevdən belə bir zərbə alacağını gözləyirmiş. Bilirmiş ki, Administrasiya rəhbərinin əleyhinə etdiyi çıxışları cavabsız qalmayacaq.

“Mehdiyevin bu pisliyini gözləyirdim. İfşaedici yazılarıma onun haçansa qarşılıq verəcəyi labüd idi və mən buna hazır idim. Oğlumun başına gətirilən işin əsas müəllifi və baiskarı Ramiz Mehdiyevə açıq bir sualım var: hansı daha ağır rüşvət ittihamıdır – Rüfətə qarşı irəli sürülən 1700 manat almaq, yoxsa sizin bir nəfəri deputat “seçdirmək” üçün 1 milyon dollar aldığınız haqda deyilənlər?

Əgər üzə durmaqla iş bitirsə, onda cənab Mehdiyev, sizin durumunuz oğlum Rüfətinkindən daha ağırdır ki!”, – deyə YAP-ın kçemiş deputatı bildirir.

Sonda Sabiroğlu “artıq xalq sizdən cana doyub” deyə Ramiz Mehdiyevi istefa verməyə çağırıb.
1649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi