Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2016

Azərbaycan “Formula 1” üçün 150 milyon ödəyəcək

İnsanlar çörək almağa pul tapmır, bunlar millətin pullarını nələrə xərcləyirlər...

Azərbaycanın “Formula 1” yarışlarının keçirilməsi üçün ödəyəcəyi məbləğ açıqlanıb. Ölkə ümumilikdə 150 milyon ABŞ dolları ödəməlidir. Bu barədə “Autoweek” saytı məlumat yayıb.

İtaliya avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın “Formula 1” rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Qran-Priyə görədir.

Damiani həmçinin B. Ekklstounun İtaliyada keçiriləcək Qran-Priyə görə ölkədən istədiyi məbləği də açıqlayıb. Avtomobil klubunun rəhbəri bildirib ki, “Formula 1” İtaliyanın bu yarışlara ev sahibliyi edə bilməsi üçün ölkə müvafiq olaraq hər il 28 milyon dollar ödəməlidir. Ancaq italyanlar hər il üçün yalnız 20 milyon dollar ödəməyə hazırdır. Onlar əlavə 8 milyon dollar ödəməyə razı deyillər.

Gənclər və idman naziri Azad Rəhimov da bu yaxınlarda mətbuata açıqlamasında Ekklstounla müqavilənin imzalandığını bildirmişdi.

Ümumilikdə isə Azərbaycan Avropa Qran Prisinin Bakıda keçirilməsinə görə 10 il ərzində ödəniş etməlidir./ans/
854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17<