Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

İran Rusiyanı südlə təmin edəcək

İslam respublikası bu ilin sonuna kimi Rusiyaya 800 milyon dollarlıq süd məhsulları ixrac edəcək.
İran 2016-cı ilin sonuna kimi Rusiya Federasiyasına 800 milyon dollar məbləğində süd məhsulları ixrac etmək niyyətindədir. Bu barədə İranın Süd Məhsulları İstehsalçıları Assosasiyası məlumat yayıb.

İlin əvvəlində Ticarət-Sənaye Palatasının kənd təsərrüafatı komitəsinin rəhbəri "Fars" xəbər agentliyinə verdiyi açıqlamada, aparılan təftişlərdən sonra İranın 4 süd zavodunun öz məhsullarını Rusiyaya ixrac etməsi üçün müvafiq lisenziya aldığını bildirmişdi. Təftişlər Rusiyadan gələn mütəxəsislər tərəfindən həyata keçirilib.

İxracat prosesinin yanvarın 20-də başladığı bildirilir. İxrac olunan məhsullara əsasən quru süd, müxtəlif pendir çeşidləri daxildir. Rusiya Qərbin Sanksiyalarına cavab olaraq, Avropa, ABŞ, Kanada və Avstraliyadan meyvə-tərəvəz, balıq, süd məhsullarının idxalına embarqo qoyub və daxili bazarda kənd təsərrüfatı məhsullarına olan tələbatı ödəmək üçün alternativ mənbələr axtarır./ans/
849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat