Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

“20-ci sahə”nin sakinləri yolu bağlayacaq

Əraziyə dekabrın 29-dan mavi yanacaq verilmir

“Azadlıq”a Bakının “20-ci sahə” adlanan ərazisindən şikayət daxil olub. Sakinlər keçən ilin dekabrın 29-dan evlərinə qaz gəlmədiyini, nəticədə qışın soyuğunda olmazın çətinliklər çəkdiklərini deyirlər.

Konkret olaraq Şahlar Allahverdiyev küçəsinin sakinləri qeyd edir ki, sobada közərən qazı yandırmağa, əks-təqdirdə, dəm qazından zəhərlənməyə ehtiyat edirlər. Onlar ailələrinin gündəlik məişət qayğılarını qarşılamaqda, hətta xörək bişirməkdə də əlacsız vəziyyətdə qaldıqlarını bildirirlər. Sakinlər dəfələrlə qaz idarəsinə müraciət etsələr də əməli nəticə olmayıb. Onlar vəziyyətin belə davam edəcəyi təqdirdə yaşadıqları küçəni bağlamağa, orada hərəkəti məhdudlaşdırmağa hazırlaşdıqlarını deyirlər.
938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47
Masallı sakininin