Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

SOCAR-ın məsul vəzifəli şəxsi 20 milyon dollar oğurlaya bilirsə…

Böhranı kimlər yaradıb?

SOCAR-ın məsul vəzifəli şəxsi 20 milyon dollar oğurlaya bilirsə…

Azərbaycanda korrupsiyanın fontan vurması, vəzifəli şəxslərin milyarderə çevrilməsi heç kimə sirr deyil. Tez-tez ortaya faktlar çıxırvə məlum olur ki, hökumət komandası ölkədən pul çıxarmaq üzrə ixtisaslaşıb.

Ötən gün isə Azərbyacandan oğurlanan milyonlarla bağlı daha bir fakt ortaya çıxdı və gündəmin əsas mövzusuna çevrildi. Beləliklə, 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. Könül Mehdiyeva bu əmlakı hansısa Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb. Vətəndaş Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Onun pulları necə götürdüyü, necə ödəniş elədiyi foto və video görüntülərdə əksini tapıb. Və məlum olur ki, könül Mehdiyevanın əri SOCAR-da məsul vəzifə tutan Qiymət Mehdiyevdir.

Bir daha təsdiqlənir ki, ölkənin bu vəziyyətə düşməsinin səbəbi neftin qiymətinin aşağı düşməsi deyil. Bu boyda oğurluğun qarşısında hansı neft pulu duruş gətirə bilər? Əgər xırda məmur asanlıqla 20 milyon oğurlaya bilirsə, iri məmurların nələr oğurladığını təsəvvür etmək çətin deyil.

Sonuncu müşavirədə Əliyev xarici borclanmaya getməyin anonsunu verdi, qənaət rejiminə keçməkdən danışdı, valyuta ehtiyatlarımızın azaldığını bildirdi. Hökumət həqiqətən də ciddi islahat aparmaq, vəziyyətdən çıxmaq istəyirsə, oğurlanan pulları ölkəyə qaytarmalıdı.

Necə olur ki, vətəndaş ölkəyə 2 kilo banan keçirə bilmir, ölkədən 50 min dollardan artıq pul keçirənlərə 20 faiz vergi ödətdirilir, amma hansısa məmur asanlıqla 20 milyon dolları ölkədən çıxarır?

“Günəşli” yatağındakı partlayışda xəsarət almış neftçi əmək haqqını ala bilmədiyinə görə üsyan edir, amma SOCAR-ın vəzifəli şəxsi milyonları talan etməklə məşğuldu.

Biz deyəndə ki, hökumət komandası oğurluqla məşğuldu, korrupsiya dövlət siyasətinə çevrilib, adımızı “vətən xaini” qoyurdular. Indi məlum olur ki, vətənə xəyanət edənlər hökumətdə təmsil olunur.

Heç kimə sirr deyil ki, şəffaf sistemdə heç bir dövlət adamı 100 milyonları rahat şəkildə mənimsəyə bilməz. SOCAR-ın idarə rəisinin müavini 20 milyonu oğurlaya bilibsə, daha böyük məmurların milyardlarla rəqs etdiyi aydındır.

Bəli, hökumət özlüyündə “böhran dəstəsi” nə çevrilib və bu komanda ilə “anti-böhran” tədbiri görmək mümkün deyil./azadlıq/
1078 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:56