Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

İlham Əliyev, niyə ölkəni bataqlığa sürükləyirsən?

Çox ağır günlər yaşayırıq. Millətimiz, xalqımız, həmçinin dövlətimiz tamahkar, oğru hakimiyyətin əlində əsir qalıb. Hətta girov qalıb, həbs, represiya, polis qorxusu ilə əsarətlərini davam etdirirlər. 13-cü ilinə qədəm qoyan II Əliyev hökuməti ölkənin neftdən gələn gəlirlərini talan elədi. Əliyevin ailəsi lüks həyatlarını, xaricdəki şirkətlərini, əmlaklarını məhz büdcə pullarını oğurlamaqla təmin etdi. Həmçinin yaxın ətraflarına, rejimlərinə xidmət edən hər kəsə də oğurlamaq şansı yaratdılar. Onları lüks həyata öyrədərək, haram və asan pula alışdırdılar. Xatırlayırsınızsa, “Azadlıq” radiosunun yaydığı bir araşdırmada Italiyada Əliyevlər ailəsinə məxsus yaxtada çalışanların müsahibəsi də yer almışdı. Bu yaxtada Əliyev ailəsinin üzvləri ilə yanaşı yüksək rütbəli məmurlar və onların ailələri, həm də prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov da yaxınları ilə dincəlirmiş. Bu hansı demokratik ölkədə mümkün olardı? Bu, xalqa hörmətsizlik, saymamazlıq idi.

Və bütün bu oğurluqlar, korrupsiya və rüşvət faktları ilk çətinlikdə özünün fəsadlarını göstərdi. Aydın oldu ki, Ilham Əliyev hökuməti oğurluqdan başqa heç nə bacarmırmış. Onlar nəinki öz üzərlərində işləyib idarəçiliyi öyrənməyiblər, heç oğurladıqları pullardan rentabelli biznes belə qura bilməyiblər. Ölkədə ilk bağlanan oliqarxların biznesləri oldu. Öncə Kəmaləddin Heydərovun bir broyleri, sonra Ziya Məmmədovun “Qarant” sığortası. Bu qədər bacarıqsız adamı sadəcə bir nəfər, çox bacarıqsız idarəedici bir yerə yığa bilərdi. 2015-ci ildə Ziya Məmmədovun rəhbərlik etdiyi nazirliyi parça-parça etməsi, Milli Təhlükəsizlik Nazirliyi kimi normalda ən nüfuzlu və ən etibarlı bir qurumun dövlətə xəyanət etməsi də yuxarıda göstərdiyim məziyyətin göstəricisi idi. Amma Ilham Əliyev özündə günah axtarmır, uğursuzluqlarına səbəbkarlar axtarır. Bu proses davam edəcək. Vəziyyət gərginləşdikcə daha çox məmurlar cəzalanacaq, daha çox tərəfdarlar qurban veriləcək. Çünki bu sistemin kökündə müqəddəs heç nə olmayıb. Əliyev rejiminin üzvlərini birləşdirən müqəddəs dəyərlər yox, oğurluq olub. Indi pul qurtaranda da bir-birindən oğurlayacaq, bir-birini qurban verəcəklər. Ona görə də ilk növbədə məmurlara səslənirəm. Gec olsa da, sizi tamamən məhv etməmiş xalqın tərəfinə keçin. Ölkədə demokratik sistemə yumşaq keçidin təminatı üçün xalqın yanında olun. Özünüzü qorumaqla bərabər övladlarınızın gələcəyi üçün də heç olmasa indi nə isə eləməyə çalışın. Nazirlər Kabinetinin iclasından da gördük ki, Ilham Əliyev köklü dəyişikliklərə getməyi düşünmür. O zaman sanksiyalar gələcək. Bu sanksiyalar kasıb vətəndaşlardan çox məmurları vuracaq. Azərbaycanı özünüzlə birgə bataqlığa sürükləməyin, dövləti, dövlətçiliyi məhv etməyin. Oğurladığınızı, çaldığınızı alın və ölkəmizi rahat buraxın. Ilk növbədə Ilham Əliyev şəxsi qisas hissi üzündən həbs etdirdiyi siyasi məhbusları azad etməlidir. Sanksiyaların gəlməsi həm də ölkənin Qərbdən, Dünya Bankından dəstək almasına da mane olacaq. Eyni zamanda Azərbaycanın Qərb ölkələrində olan aktivləri blok ediləcək. Bu, Azərbaycanın məhv olmasıdır. Buna yol verməyin! Yoxsa xalq sizi bağışlamayacaq! Üzümü tuturam illərlə xalqın haqqı olan milyonların hesabına lüks həyat yaşayan rejim mənsublarına: düşünməyin ki, sona qədər davam edib, axırda qaça biləcəksiz. Liviyanın bir nazirini ölkədən qaçandan sonra Avstriyada çaydan ölü tapdılar. Xalq ayılandan sonra intiqamını harda olsa alır. Onsuz da artıq havayı axan, oğurlayacağınız neft pulu da yoxdu. Ölkənin demokratik sistemə keçidini təmin edib, geri çəkilin. Yoxsa, sonunuz Qəzzafi kimi olacaq.

Ancaq yumşaq keçid, həm dövlətimizin taleyini, həm sizin taleyinizi qurtara bilər.

Valeh Bayramlı/azadlıq
1188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:43
Ət, süd yenə bahalaş