Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

Xəstəyə yardıma gedən təcili yardım maşını bataqlıqda «ilişdi»

Sürücü bataqlıqdan keçə bilməyəcəyini görüb istiqaməti dəyişməli olur. Avtosfer-ə göndərilən bu görüntülər ucqar dağ kəndəndi deyil, Bakının Binə qəsəbəsi ərazisində çəkilib.

Oxucu bildirir ki, bura «Südçülük sovxozu» deyilən gözdən-könüldən və diqqətdən uzaq qalan yaşayış məntəqəsidir. Bu gün yağıntılı havada qəsəbədə vəziyyət o həddə çatıb ki, xəstəyə yardıma gedən təcili yardım avtomobili bataqlıqdan keçə bilməyib. Avtomobilin ön tərəfi əzilir, bamperi qopur. Sürücü bataqlıqdan keçə bilməyəcəyini görüb istiqaməti dəyişməli olur.

Oxucu yazır ki, hazırda həmin ərazidə avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb. Belə ki, hündür maşınlar qismən də olsa bu çala-çökək yollarda hərəkət edə bilsə də, balaca maşınlarla hərəkət mümkün deyil.
1009 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı