Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

“Azərinşaat”ın fəhlələri yenə maaşlarını tələb edirlər

“Azərinşaat” MMC-nin yol tikintisində çalışan fəhlələri növbəti dəfə şirkətin ofisi qarşısında etiraz aksiyasına toplaşıb.

Fəhlələrin verdikləri məlumata əsasən, aksiyaya səbəb yenə də maaşlarını ala bilməmələridir.

Ofis qarşısına toplaşanlardan Elməddin Ələkbərov dedi ki, “Azərinşaat” MMC-nin fəhlələrinin 70%-i oktyabr, noyabr və dekabr aylarının maaşlarını almayıb: “Biz başa düşə bilmirik ki, niyə işçilərin 305-i tam maaşlarını ala bilib, qalanlar isə yox. İki gün əvvəl Prezident Administrasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olduq. Hər iki qurumda bizi qəbul etdilər və dedilər ki, problem araşdırılacaq”.

Fəhlələrin sözlərinə görə, onlar Əmək Müfəttişliyinə də müraciət edib və bugünkü aksiyaya oradan da nümayəndələr gələcək.

Qeyd edək ki, “Azərinşaat” MMC-nin işçiləri ilə maaş problemi uzun müddətdir ki, davam edir. Bir neçə ay əvvəl fəhlələr 6 aydan çox maaş ala bilmədiklərinə etiraz olaraq yürüş keçirmiş və şirkətin ofisi qarşısında dəfələrlə aksiya keçiriblər. Yalnız bundan sonra onların maaşının bir hissəsi ödənilmişdi./virtualaz/
899 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber