Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Prokuror oğlu yüzminlik maşınlarını reklam edir – (Foto)

“Əsərin  qəhrəmanı”  Elvin Nəbizadə Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğludur.

 Elvin Nəbizadə adlı “feysbuk” istifadəçisi şəxsi səhifəsində paylaşdığı bahalı avtomobil şəkilləri və pul valyutaları ilə diqqət mərkəzinə düşüb.
Paylaşdığı şəkillərdə dəbdəbəli həyat tərzinə malik olduğunu nümayiş etdirən Elvin Nəbizadənin kimliyi o qədər də maraq doğurmazdı. Amma soaial şəbəkə istifadəçisinin öz səhifəsində iş yerini prokurorluq olaraq göstərməsi Axar.az-ın diqqətini çəkib.
Öyrəndik ki:
1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadə Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğludur.
Paylaşılan şəkildə dollar və manat əskinaslarının düzülüşündən də göründüyü kimi (222), Almaniya istehasalı olan 10-VJ-222 dövlət qeydiyyat nişanlı “Volkswagen” və Rusiya istehsalı olan “Niva” markalı avtomobillər Elvin Nəbizadəyə məxsusdur.
Profildə paylaşılan digər avtomobillər sahiblərini də müəyyyənləşdirdik. 90-KN-100 dövlət qeydiyyat nömrəli “Jeep” markalı bahalı avtomobil “feysbuk” fəalı Elvin Nəbizadənin atası Ramiz Nəbiyevə məxsusudur.
Şəkildəki 01-BL-001 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sahibi isə Elvin Nəbizadənin böyük qardaşıdır.
Elvin Nəbizadənin statuslarından görünür ki, şəkildə dövlət qeydiyyat nişanı görsənməyən “Mersedes” markalı avtomobil də Nəbiyevlər ailəsinə məxsusdur. Nəbiyevlərin ailəvi avtomobili 10-AZ-028 dövlət qeydiyyat nişanlı olduğunu bildirildi.
Qeyd edək ki, 01-BL-001 nömrə nişanlı avtomobilin sahibi, Elvin Nəbizadənin böyük qardaşı Sumqayıt Qeydiyyat İmtahan Şöbəsinin rəisi Polad Şixəliyevin kürəkənidir. Yəni Ramiz Nəbiyevlə Polad Şixəliyev qudadırlar.
Polad Şıxəliyev ailəvi olaraq DİN strukturunda çalışırlar. Onun qardaşı biri DİN Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəisi Füzuli Şıxəliyevdir.
Bildirilir ki, “bahalı nömrələrin” Nəbiyevlər ailəsinin bahalı avtomobillərində “peyda olması” bu qohumluq əlaqələri ilə bağlıdır.
Fotolarda görünən əzəmətli mülk isə Nəbiyevlər ailəsinin Şamaxı rayonunda yerləşən bağ evidir.





1699 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber