Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

Keçmiş müstəntiq ona edilən hədələrə görə şikayət verəcək

Siyasi bəyanatlarla prokrorluq orqanlarından istefa vermiş müstəntiq Rüfət Səfərovun barəsində istintaq hərəkətləri davam etdirilir. Vəkil Bəhruz Bayramov Azadliq.info-ya bu barədə bildirib ki, keçmiş müstəntiqin ittiham olduğu rüşvətalma maddəsi üzrə bəzi ekspertizaların keçirilməsi nəzərdə tutulub. Bu isə vaxt aparan bir prosesdir, nəticələr məlum olandan sonra məlumat veriləcək.

Eləcə də, Rüfət Səfərova hədə və təhqir dolu zəng və mesajların gəlməsi ilə bağlı da vəkil məlumat verib. Bildirib ki, müvəkkili nalayiq ifadələrlə təhqir olunub və hədələnib. Ona gizli nömrədən zəng edildiyi üçün, bunu kimlərin etdiyini bilmirlər. Zəng edib hədə-qorxu gələnlər gah kişi, gah da qadın olub. Bəhruz Bayramov bildirib ki, bununla bağlı daxili işlər orqanlarına şikayət ərizəsi hazırlayıb, təqdim edəcəklər.
941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51
Hələbdəki terror