Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2016

26 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 26-da arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.



Azərbaycanın rayonlarında

Yanvarın 26-da arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
1019 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP