Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2016

Seçki kimin üçündür?

Düşmən seçkiləri təxribat meydanı kimi görür

Cənab Rəhbər Ayətullah Xameneinin xalqı seçkilərə çağırması, hətta onun şəxsini qəbul etməyənləri məmləkətin taleyinə biganə qalmamağa dəvət etməsi bəzilərini qıcıqlandırıb, narahat edib (KHAMENEİ.İR).
İranda hər seçkiyə ümidlə baxan, təxribatçı layihələr icra edən, fitnəkarlıq törədən dünya imperializmi və beynəlxalq sionizm son anda Rəhbərin çıxışı ilə sillə alıb geri çəkilir. Bu dəfə də seçkiyə bir aydan artıq vaxt qalmış (7 isfənd/26 fevral) Ayətullah Xamenei ictimai fikri suğortalayan bəyanatlar verdi. 92-ci ilin seçkilərində məqsədə çatmayanlar 94-ün seçkilərində fəallaşıb. Cənab Rəhbər buyurur ki, iki plan cızılıb: öz adamlarını məclisə qatmaq və seçki fəallığını zəiflətmək istəyirlər. Ayətullah Xamenei Qum əhalisi görüşdə üsul-idarəni qəbul etməyənləri də seçkiyə çağırdı. Od içində yanan regionda İrandakı sabitlik inqilab keşikçilərinin zəhmətidir. Etiqadından, siyasi baxışlarından asılı olmayaraq sabitlik istəyən seçkiyə qatılmalıdır. Seçkidə udan kimdir? İzdihamlı və düzgün seçkinin əsas qalibi məmləkət və xalqdır. Seçkinin nəticəsindən aslı olmayaraq xalq qalibdir.

Vilayet.info
1062 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber