Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2016

Qar fəlakəti: onlarla kənd işıqsız qaldı

Respublikaya yağan qar bir sıra problemlər yaradıb.

Bəzi rayonların kəndlərində elektrik enerjisi kəsilib.

Hazırda Şamaxının beş kəndi ilə əlaqə yoxdur. Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur.

Şamaxı rayon 9 saylı Yol İstismarı İdarəsindən bildirilib ki, 10-a yaxın ağır texnika və canlı qüvvə kənd yollarının qardan təmizlənməsi işlərinə cəlb olunacaq. Yolların açılmasına günün ikinci yarısı başlanacaq.

Cənub rayonlarında da güclü qar fəsadlar törədib. Yardımlı Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin nəqli dayanıb.

Lerikdə də elektrik enerjisi təminatında problemlər yaranıb. Bəzi ərazilərdə elektrik dirəkləri aşıb, xətlər qırılıb. Nəticədə rayonun 60-dək yaşayış məntəqəsi işıqsız qalıb.

Yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Yolda hazırda yalnız yük maşınlarının hərəkəti mümkündür.

Qəbələ kəndlərində də elektrik enerjisi kəsilib. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Abil Ağasəfov bildirib ki, hazırda rayon elektrik şəbəkəsinin briqadaları kompleks şəkildə ərazilərə cəlb olunub. Rayonun Solquca, Mixliqovaq, Yemişanli, Kotuklu, Uludaş, Dandıx, Abrıx və Qəmərvan kəndlərinin elektrik enejisi kəsilib./axar/
1020 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı