Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2016

Məktəbin önündə əxlaqsızlıq yuvası: “Şagirdlərin tərbiyəsi pozulur”

Bakının mərkəzindəki heç bir qanuna və əxlaq normalarına sığmayan vəziyyət sakinlərin narahatlığına səbəb olub. Belə iki, Süleyman Rəhimov küçəsində orta məktəb binasının yaxınlığında “masaj salonu” adı altında əxlaqsız yuvası fəaliyyət göstərir. Bu obyekt gündüz saatlarında da fəaliyyət göstərdiyindən həm yaxınlıqda yaşayan sakinləri, həm də övladı məktəbdə oxuyan valideynləri narahatdır.

Əxlaqsızlıq yuvası əhalinin intensiv hərəkət etdiyi yolun üzərində yerləşir. Yaşayış binasının yaxınlığında olan “masaj salonu” sakinlərin də həyatına narahatlıq yaradıb. Ən dəhşətlisi isə bu obyektin orta məktəbin bir addımlığında olmasıdır. Nəsimi rayonu, 46 saylı tam orta məktəbin şagirdləri və müəllimləri hər gün bu yoldan, əxlaqsızlıq yuvasının qarşısından keçib, getməli olurlar.

Sakinlərin şikayəti əsasında əraziyə baş çəkib, “masaj salonu” ətrafında müşahidə apardıq. Azyaşlı məktəb şagirdlərinin həmin ərazidən keçərkən zirzəmidə yerləşən “masaj salonu”na boylanmaları vəziyyətin nə qədər dəhşətli olmasını göz önünə sərir.

Bir sözlə, bu obyekt məktəb şagirdlərinin də tərbiyəsinə birbaşa mənfi təsir götərir. Ətraflı məlumat almaq üçün 46 saylı məktəbin direktoru Sevinc Budaqova ilə də görüşdük.

Məktəbin direktoru bu rəzalətin qarşısını almağa dəfələrlə çalışdığını dedi: “Məktəbin yaxınlığında yerləşən “masaj salonu” haqqında Nəsimi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm. Şagirdlərin yolunun üstündə belə bir vəziyyətin olması faciədir. Təkcə şagirdlər deyil, valideynlər və müəllimlər də həmin ərazidən keçirlər. Çalışırıq ki, şagirdlərimiz əxlaqsızlıq yuvasından kənar gəzsinlər. Həmin məkan 3-4 ildir ki, fəaliyyət göstərir. Şikayət edirik, bağlayırlar, bir müddətən sonra yenidən fəaliyyətə başlayır. Bir sözlə, qarşısını ala bilmirik. Uşaqlar bizim gələcəyimizdir, onları qorumaq da bizim üzərimizə düşür. Xahiş edirəm ki, aidiyyatı qurumlar bu barədə ölçü götürsünlər”.

Süleyman Rəhimov küçəsində yaşayan sakinlər isə vəziyyəti belə izah etdilər: “Axşam saatlarında səs-küydən evdə otura bimirik. “Masaj salonu”nun qarşısı “müştərilər”lə dolu olur. Yaşayış binalarının yanında, əhalinin ən çox istifadə etdiyi yolun üzərində belə biabırçı vəziyyət yaranıb. İldə 2-3 dəfə adını dəyişdirsələr də, bu obyektə eyni adamlar nəzarət edirlər. Utancımızdan axşamlar bayıra çıxa bilmirik. Uşaqlarımızın tərbiyəsi pozulur”./jam/
1040 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber