Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Ərdoğan həbslərə kəskin reaksiya verdi

“İçəridən və ya xaricdən heç bir qaranlıq qüvvə, heç bir çirkli oyun bizi yolumuzdan döndərə bilməz...”
Türkiyəni silkələyən şok həbslərdən sonra baş nazir Rəcəb Tayyib Ərdoğan Konyada tribunaya çıxıb. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Ərdoğan nitqinə konyalı ruhani Mövlana Celaleddin Rumini və keçmiş baş nazir Nəcməddin Erbakanı anmaqla başlayıb. “Konya ən çətin anlarda bizə yol göstərən qütb ulduzu oldu. Pınarhisar həbsxanasından bu günə qədər nə zaman başımız dara düşsə, bir sıxıntı olsa Konyanın xeyir-dualarını hər zaman yanımızda hiss etdik” deyə o bildirib.

Ərdoğan hansısa güclərin AKP hökumətini devirəcəyi ilə bağlı iddialara eyham vuraraq bildirib ki, heç bir təhdidə boyun əyməyəcək. “İstədikləri qədər çirkin yollara baş vursunlar, kirli ittifaqların içərisinə girsinlər. Mən buradan bir daha bəyan edirəm. Türkiyədə artıq söz millətindir, qərar millətindir, səlahiyyət millətindir. Möhür millətin əlindədir. Arxasına qaranlıq qüvvələri, mafiyaları alanlar bu ölkəyə istiqamət verə bilməzlər. Arxasına sərmayənin, medianın gücünü alanlar, Türkiyə içində və xaricində bir qism qaranlıq çevrələri alanlar istiqamətimizlə oynaya bilməzlər. Türkiyə üzərində əməliyyat edilə biləcək ölkə deyil, AKP hökuməti buna icazə verməz.

Kimin nə hesabı varsa, özünə güvənirsə 30 martda seçki var, seçkiyə girsinlər. Millətlə orada görüşsünlər. Hesabını seçki qutuları xaricində aparmaq istəyənlərə nə millət, nə biz icazə verməyəcəyik. Türkiyə hansısa banan respublikası deyil. İçəridən və ya xaricdən heç kim mənim ölkəmi qarışdıra bilməz. Mənim ölkəmdə çirkin tələlər qura bilməz. Terror bu millətə diz çökdürə bilmədi, çökdürə bilməz və çökdürməyəcək!”/Musavat/
1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu