Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2016

Həsən Ruhani Fransada yeməkdən imtina etdi

Avropa turuna çıxan İran prezidenti Həsən Ruhaninin yemək ziyafəti söz-söhbətə səbəb olub.

İran prezidentinin ilk səfəri İtaliyaya olub. O, rəsmi görüşlər zamanı açılan süfrəyə şərab qoyulmamasını istəyib. İtalyanlar Ruhaninin bu istəyini normal qarşılayaraq menyudan şərabı çıxarıblar.

Amma Həsən Ruhaninin şərabla bağlı eyni tələbi Fransada yaxşı qarşılanmayıb. Belə ki, İran prezidenti yanvarın 27-də Fransaya səfəri zamanı təşkil ediləcək dövlət ziyafətində şərab verilməməsini və süfrəyə yalnız halal qidalar qoyulmasını istəyib.

Fransız radio kanalının yaydığı məlumata görə, Ruhaninin bu istəyi Fransa dövlət prinsiplərinə zidd olduğu üçün nahar yeməyi təxirə salınaraq qəlyanaltı ilə əvəz olunub. Bu isə İran tərəfinin narazılığına səbəb olub. Bu yemək ziyafətini bəsit sayan İran nümayəndə heyəti onu qəbul etməyib.
1027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 12:04