Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2016

“Azərenerji”də daha 250 nəfəri işdən çıxarıldı

“Azərenerji” SC 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddətini uzatmayıb.

ASC-nin mətbuat xidmətinin məlumatına görə, son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində enerji sistemi yenidən qurulub və modernləşdirilib, maddi-texniki baza müasirləşdirilib. Bu zaman yeni və müasir texnika və texnologiyalar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq biliklər, yüksək peşə hazırlığı tələb edir.

Səhmdar Cəmiyyətin tabeçiliyində olan müəssisələrdə çalışan, lakin ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayıb, onların hər birinə, mövcud əmək qanunvericiliyinə əsasən, müvafiq kompensasiya ödənilib.

“Azərenerji” ASC ixtisas və bilik səviyyəsi enerji sisteminin müasir texnoloji tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir, – deyə məlumatda bildirilir.

Amma Turan agentliyi “Azərenerji” ASC-dəki mənbələrdən öyrənib ki, bu il ştatların ixtisarı davam edəcək. Ən böyük ixtisarın “Azərenerji” ASC-nin 2 elektrik stansiyasının olduğu Mingəçevirdə baş verəcəyi gözlənilir. Orda 300 nəfərin ixtisarı planlaşdırılır.
872 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11