Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2016

AİP-in sabiq sədr müavini saxlanıldı - Salyanda

Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədli Salyanda saxlanılıb

Bu haqda İslamazeri.az-a AİP üzvlərindən biri məlumat verib.
Məlumata görə, o yaşadığı Salyan şəhərində evində saxlanılıb və hazırda (red: xəbər verilən vaxt; 19:00) evdə polis əməkdaşlarının olduğu qeyd olunur.
İnqilab Əhədlinin hansı səbəbə və ittihamlara əsasən, saxlanıldığı məlum deyil.
Qeyd edək ki, İnqilab Əhədli AİP-in sədr əvəzi Hacı Elçin Manafovun istefaya getməsinə qədər onun birinci müavini vəzifəsində çalışıb.
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber