Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2016

Hakimiyyət xalqı yenə aldatdı

AXCP sədri Əli Kərimli hakimiyyətin növbəti dəfə xalqı aldatmasına münasibət bildirib. Əli Kərimli Facebook səhifəsində yazır:

Regionlarda etiraz aksiyaları bir-birini əvəz edəndə bunlar da qorxuya düşüb, əvvəlcə elan etdilər ki, dollarla krediti 10 minə qədər olanlara dövlət kömək edəcək. Etirazlar azalandan sonra elan etdilər ki, 10 yox, amma 5 min dollara qədər krediti olanlar borclarını dolların əvvəlki məzənnəsilə ödəyə biləcəklər. Belə anlaşılır ki, indi qorxu canlarından çıxıb və elan ediblər ki, dollarla krediti olan vətəndaşlara kömək etməyəcəklər, əksinə banklara kömək etməyi düşünürlər. İndiyə qədər isə xalqı sadəcə olaraq aldadıblar.

Yalan danışmaq heç bir insana yaraşmır. Dövlət hakimiyyətini təmsil edən şəxslərə isə yalan danışmaq heç olmaz. Dövlət hakimiyyəti təmsilçilərinin danışdığı hər bir yalan dövlətin özünü nüfuzdan salır. Bizimlə birlikdə dövlət qurmamısınız. Heç olmasa, qurulu dövləti vətəndaşın gözündən salmayın.
1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP