Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Nicat Əliyevin müdafiə komitəsi mətbuat konfransı keçirdi (Foto)

Konfransda hüquqmüdafiəçiləri və jurnalistlər iştirak edib

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata əsasən, “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyevin hüquqlarını müdafiə komitəsi bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində Nicat Əliyevin və islamçıların hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransında İnsan Hüquqları Klubunun üzvü Nicat İmranlı, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəsmisi Elşən Həsənov, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, Azadxeber.net saytıının baş redaktor əvəzi Mirqasım Əliyev , Yeni Müsavat qəzetinin əməkdaşı Kənan Rövşənoğlu, İslamazeri.az saytının redaktoru Tural Əli, Turan xəbər agentliyinin əməkdaşı Tofiq Türkel, ilahiyyatçı Emil Rahiloğlu və bir sıra jurnalistlər iştirak edib.

Azadxeber.net saytının xüsusi müxbiri Pərvin Zeynal ilk öncə konfrans iştirakçılarına Nicat Əliyevə 10 il həbs cəzası verilməsi və ictimaitədə buna olunan qınaqlardan söz açıb.

Daha sonra konfrans iştirakçıları çıxış edib.


Çıxış edənlər Nicat Əliyevə 10 il həbs cəzası verilməsini pisləyib və həbsin siyasi sifarişlə baş tutduğunu bildiriblər.
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15
"Nardaran