Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2016

"Qiyamçı" müstəntiq polisə müraciət etdi

Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi, ötən həftə həbsdən azad edilən, YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovla bağlı polisə müraciət olunub.

Bu barədə onun vəkili Bəhruz Bayramov musavat-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, müraciətə səbəb bir neçə gün R.Səfərova edilən naməlum zənglər zamanı ölümlə təhdid olunması olub. Sabiq müstəntiqin hazırda yaşadığı ərazi üzrə Binəqədi rayonundakı müvafiq polis bölməsinə müraciət edən B.Bayramov zəng vuranların kimliyinin araşdırılmasını tələb edib: “Doğrudur, biz mediaya bununla bağlı xəbər verəndən sonra zənglərin arası kəsilib. Amma bu o demək deyil ki, davam etməyəcək və ya başqa formada terror olmayacaq. Biz bunun qarşısının alınmasını və səbəbkarların tapılıb cəzalandırılmasını tələb edirik. Çünki biri qadın, digəri kişi olmaq üzrə müvəkkilimə zəng edən şəxslər onu və ailə üzvlərini ağır formada təhqir ediblər, ölümlə hədələyiblər”.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq, həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.

Məhkəmənin qərarına əsasən, R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39