Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2016

Vicdan susanda…

«Unutmayın, dil həqiqəti gizlədə bilər, amma gözlər heç vaxt»

Qar qapılarımızı döydü. Ən yaxşı halda uşaqlar sevindi buna. Böyüklərin dərdi böyükdür, qar da bu dərd üstünə ayrı dərd gətirir. Işə getmək, işdən gəlmək problem, üstəlik, şəhər ətrafında yaşayırsansa, lap elə şəhərdə həyət evin varsa, ən azı su borularının donması qaçılmazdır. Hələ qazın, işığın kəsilməyibsə, “dünyanın xoşbəxti mənəm dünyada”nı Zeynəb Xanlarova elə bil səninçün oxuyub…

Belə… Azca qar yağan kimi hər il eyni şeylər təkrarlanır; yollar buz bağlayır, qəzalar, ölüm halları artır, maşınlar, avtobuslar yollarda qalır. Hər il də şəhər təsərrüfatına milyonlar ayrılır, o pulların hara, necə xərclənməsi də kimsənin vecinə deyil. Ancaq sənədlərə əl çatsa, görərsiz ki, yollara tonlarla qum, duz “səpilib”, bütün küçələr qardan “təmizlənib”. Elə bəzi kadrları AzTV-lərdə də görə, adamların sevincdən şıllaq atdığının şahidi ola bilərsiz. Nə hikmətdirsə, bu kanallar ABŞ-ı, Kanadanı, Almaniyanı, Isveçrəni… daha tez görür. Məsələn, ABŞ-a qar yağmasını Zaqatalaya yağan qardan daha tez öyrənirik. Uzaq Avstraliyada kenquruların cütləşməsi xəbəri Lənkəranda kəndləri su basması xəbərindən daha tez çatır bizə.

Dünyanın istənilən qitəsində hər hansı səbəbdən keçirilən aksiyalardan kadrları da anındaca telekanallarımızdan izləyirik. Operativliyə söz ola bilməz… Ancaq həmin telekanallar Qubada, Lənkəranda, Ismayıllıda, lap elə Bakının özündə keçirilən aksiyalara yetişə, ordan reportajlar hazırlaya “bilmir”.

Rusiyanın da Ictimai televiziyası var, o da hakimiyyətin nəzarətindədir, hakimiyyətin təbliğatını aparır, ancaq xalqa, xalqın problemlərinə də efir vaxtı ayırır. Yetərincə olmasa da, tənqid var bu kanalda. Bəs bizim AzTV-nin Ictimai kanalı? Xalqın büdcəsi hesabına yaşayan bu kanal hakimiyyətin ən qatı təbliğatçısıdır. Arif Alışanov AzTV-nin abrını daha çox qoruyur. Yayım Şurası adında bir oyuncaq qurum da yaradıblar. Guya qaydaları gözləyirlər. Kimsə nə vaxtsa bu qurumun Ictimai ilə bağlı hər hansı iradını, etirazını eşidibmi? Yayım Şurasındakılar, siz susa bilərsiniz, həqiqətləri dilə gətirməkdən çəkinə bilərsiz, susa-susa “balalarınıza gün ağladığınızı” deyə bilərsiz, ancaq xalq sizin nəzarət etdiyiniz kanalı görür axı. Vicdan heçmi ağrımır?..

Vicdandan söz düşmüşkən, daha bir “vicdan məhbusu” ilə tanış olun:

Siyasi məhbus Ilkin Rüstəmzadə

Ilkin Bakir oğlu Rüstəmzadəÿ1992-ci il avqustun 2-də Gəncədə doğulub. 1998-ci ildə Gəncədəki 20 saylı, daha sonra Bakı şəhəri Xətai rayonu 17 saylı məktəbdə təhsil alıb. 2009-cu ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Iqtisad Universitetinin informatika və idarəetmə fakultəsinə daxil olub.

Ilkin Rüstəmzadə 2013-cü il 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar Ismayıllıya dəstək aksiyalarının Facebook tədbirlərinin idarəçisi kimi sosial şəbəkələrdə aktiv şəxslər arasında tanınıb.

Ilkin Rüstəmzadə mayın 17-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2)ÿ28.1. (Cinayətə hazırlıq) 220.1 (Kütləvi iğtişaş) maddələri ilə ittihamÿolunub. Belə ki, o “Harlem Shake” videorolikini hazırlamaqda və onu Youtube-da yerləşdirməkdə ittiham olunur. Istintaq bunu xuliqanlıq kimi qiymətləndirib.

6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər MəhkəməsiÿIlkin Rüstəmzadəniÿ8ÿil müddətində azadlıqdan məhrum edib.

Beynəlxalq Amnistiya TəşkilatıÿIlkin Rüstəmzadəniÿ”vicdan məhbusu” kimi tanıyıb.

Onları siz də tanıyın!

Rövşən Hacıbəyli /azadlıq
840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1