Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2016

“Təəssüflər ki, hörmətli Vahid Mustafayev bu xüsusiyyətlərdən məhrumdur”

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin 20 yanvar hadisələri haqda çəkdiyi film cəmiyyətdə birmənalı qarşılanmayıb və rejissorun xeyli qeyri-peşəkarlıq sərgilədiyi vurğulanıb...

Tanınmış ssenarist və kinodramaturq Eldəniz Quliyev moderator-a açıqlamasında Vahid Mustafayevin son rejissorluq işinə münasibət bildirib:

“Kino rejissorluğu ən çətin və mürəkkəb peşələrdən biri sayılır. Bunun üçün varlı - pullu olmaq, hər hansı informasiya, eləcə də biznes sahəsinə rəhbərlik etmək, yaxud yüksək kalibirli məmurların himayəsində fəaliyyət göstərmək qətiyyən yetərli deyil. Rejissorluq alın yazısıdır, istedaddır, dünyaduyumu, yaşam tərzidir. Nəhayət, rejissorluq həyat həqiqətini bədii həqiqətə çevirmək, görüntü vasitəsi ilə öz dünyasını yaradıb tamaşaçıları bu dünyanın varlığına inandırmaq bacarığıdır. Təəssüflər ki, hörmətli Vahid Mustafayev sadaladığım bu xüsusiyyətlərdən məhrumdur. Və belə olan halda onun çəkdiyi bədii filmlər də bədii dəyər yükü daşımaq gücündə deyil. Sonuncu 20 yanvar faciəsinə həsr olunmuş filmi isə, üstəlik, onun vətənpərvərlik və təəsübkeşlik hisslərinin deformasiyaya uğradığını da ortaya qoydu. Məncə, hərə öz işiylə məşğul olmalıdır ki, "rəqsi təlim eləyir ağsaqlar" məsəlini aktuallaşdırmasın. O güc ki, insana onun bacarığı, qabiliyyəti, istedadı, ağılı, savadı və s. hesabına verilmir, nə illah eləsən də sonda səni iki finalla üzbəsurət qoyacaq - ya faciə ilə, ya da komediya ilə. Yəni ya sən o gücün hesabına kimləri isə bədbəxt edəcəksən, ya da nəhayyətdə, rüsvay olub gülüş hədəfinə çevriləcəksən. Bu gün V. Mustafayev öz "kino yaradıcılığı ilə" bu iki finalın hansını "qazanıb" bunu özünüz müəyyən edin”.
1038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber