Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

İraqda terror dalğası: bir gündə 70-dən çox adam öldü

Bu günlərdə İraqda bir neçə terror aktı törədilib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, qanlı hadisələrdə ən azı 70 nəfər həlak olub.

Ən güclü terror Bağdad yaxınlığında törədilib. Şiə zəvvarlarının yanında 2 ədəd minalanmış avtomobil partladılıb. 23 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. Ölənlərin hamısı şiələrdir.

İraqın şimalındakı Mosul bölgəsində isə terrorçular marşrut avtobusunu gülləbaran ediblər. Nəticədə 12 nəfər ölüb, 8 nəfər yaralanıb.

Beycdi şəhərində isə döyüşçülər polis idarəsinə hücum çəkiblər. 8 polis öldürülüb, 5 nəfər isə yaralanıb. Yerli hökumətin məlumatına görə, hücum məhkumların azad edilməsi üçün həyata keçirilib.

Daha bir neçə hadisə isə Bağdad və digər şəhərlərdə olub.
1428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP