Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2016

Aylardır qazsız və yolsuz qalan Xaçmaz sakinləri

Xaçmaz rayonu Ramil Sadıqov küçəsinin bir qrup sakini bu şaxtalı qış günlərində soyuqda qalıb. Problemlə bağlı redaksiyamıza şikayət edən sakinlərdən biri deyir ki, artıq 3 aydır onların yaşadığı küçəyə qaz verilmir. Sakinlərin şikayət etmədikləri ünvan, üz tutmadıqları qapı qalmayıb. Hər dəfə şikayət edəndə də cavab veriblər ki, bir saat ərzində qazınız veriləcək. Sonra isə heç bir nəticəsi olmayıb.
Rayonun Alıc-qışlaq kəndində isə sel çayı yuyub, ərazidə təhlükəli vəziyyət yaranıb. İndi sakinlər rayona getmək üçün 3 km-lik yolu da 18 kim məsafə ilə qət etməlidirlər. Kəndə təcili-yardım maşını çağırmaq belə imkansız vəziyyətə gəlib. Körpünü bərpa etmək isə nə rayon rəhbərliyini, nə başqa səlahiyyətli orqanları narahat edir. Sakinlər qəzetimiz vasitəsi ilə dərdlərini səlahiyyətli qurumlara çatdırmağı xahiş edirlər. Doğrudan da, xarici ölkələrdə muzey, kilsə, abidə təmir etdirib ölkə insanını körpüsüz qoymaq, erməni kilsəsinə qaz verib, qışın buz kəsən şaxtasında öz vətəndaşlarını soyuqdan dondurmaq hansı insafın, hansı düşüncənin məhsuludur, bəlkə cavbalandırasınız?
829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber