Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2016

İran Su-30 alır?

İrana qarşı sanksiyaların ləğvindən sonra, hərbi istehsalı olan ölkələrin bir çoxu İranla müqavilə imzalamaq istəyirlər.
Nuraz.in-in YJC.ir-ə istinadlı məlumatına əsasən, İran İslam Respublikası bildirib ki, hərbi təchizatı o zaman alacaq ki, onun istehsalı müştərək formada İran daxilində olsun və yalnız hərbi təchizat almaq fikrində deyil. Çünki İran son 10 ildə hərbi məhsulların istehsalında çox inkişaf etmişdir.
Lakin İranın Rusiya və Fransa ilə silah alqısı üzrə müqavilələri israilli rəsmiləri qəzəbləndirmişdir.
Sionist rejim olan İsraildə çap olan Yediot Ahronot qəzeti “Rusiya silahları İran yolunda” başlıqlı xəbərində bu məsələni İsrail üçün narahat edici sayaraq yazıb: Bu arada Rusiyanın Su-30 qırıcısı İsraili ən çox narahat edən məsələdir.
Qəzetin hərbi eksperti Alex Fişman bu barədə deyib: İran əleyhinə sanksiyaların hələ götürülmədiyi vaxtda bir çox xarici dövlətləri İran ordusunun hərbi təchizatını modernləşdirmək üçün çox ciddi rəqabətə giriblər.
Qəzet iddia edib: İrana qarşı sansiyaların götürülməsinə az qalan zamanda, İran öz hərbi təchizatına 21 milyard dollar sərmayə qoymaq istəyir. Bu rəqabət meydanında ruslar ilk sırada dayanırlar.
Qəzet yazıb: Bu günlərdə Rusiya təhlükəsizlik heyəti Su-30-un satışı və T-72 tanklarının İranda yenidən istehsalı barədə danışıqları sona çatdırmaq üzrədir. Habelə ruslar modern T-90 tanklarının da satılması barədə İran rəsmilərilə danışıqlar aparıblar.
Qəzet yazıb: Fransızlar ruslardan sonra ikinci yerdədirlər. Onların nümayəndələri hazırda İrana Rafal qırıcısı satmaq üçün danışıqlar aparırlar.

آیا ایران جنگنده

آیا ایران جنگنده

آیا ایران جنگنده



آیا ایران جنگنده



آیا ایران جنگنده


949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi