Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Bakı mağazasında fantastik qiymətə meyvə! - Foto

Bakının bəzi supermarketlərində rekord qiymətə alça satılır. 30 ədəd alçadan ibarət paket 210 manatadır. Bir alça faktiki olaraq 7 manata düşür.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov məsələyə münasibət bildirərkən deyib ki, 7 manat hələ son hədd deyil. Mərkəzi bazarlarda bir alçanın qiyməti 10-11 manata başa gəlir.

"Satış açıq həyata keçirilmir. Böyük supermarketlər, əlbəttə ki, bu faktı gizlətmirlər. Mənə şəxsən məlum deyil ki, bu alçaları haradan gətirirlər. Məncə, alçanın bu qiymətə satışı anormaldır. Heç bir ölkədə bu cür fakta rast gəlmək olmaz. Deyirlər ki, bu meyvəni əsasən hamilə qadınlar üçün alırlar. Məni təəccübləndirən odur ki, müvafiq strukturlar bu məsələyə göz yumurlar", - o əlavə edib.


1617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı