Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2016

Milli Məclisin qarşısında bir nəfər özünü yandırmaq istədi

Bakıda intihara cəhd olub.

Şahidlərin verdiyi məlumata görə, hadisə Milli Məclisin qarşısında qeydə alınıb. 40-45 yaşlarında naməlum kişi üzərinə yanacaq məhlulu tökərək özünü yandırmaq istəyib. Ərazidə olan polis əməkdaşları dərhal müdaxilə edərək intihara cəhdin qarşısı alıblar.

Səbail Rayon Polis İdarəsindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda onun 9-cu Polis Bölməsində ifadəsi alınır.

İntihara cəhd edən şəxsin kimliyi hələlik açıqlanmır./apa/
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:14