Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2016

29 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Yanvarın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 17-22, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.



Tibbi meteoroloji proqnoz

Yanvarın 29-dan 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
950 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı