Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2016

İŞİD-in Avropada bazaları olması etiraf edildi

Avropa İttifaqının polisi İŞİD-in bu qitədə gizli təlim düşərgələrinin olması barədə xəbər verib.
Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, Avropa İttifaqının polisi hesabat yayaraq bildirib: Bəzi təlim məntəqələri Suriyadadır. Bundan əlavə Avropa və Balkanda kiçik təlim düşərgələri mövcuddur. Burada İŞİD üzvlərinə necə döyüşməyi və necə sağ qalmağı öyrədirlər.
Hesabatda deyilir: Terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti terrorçuları bu düşərgələrdə öz ölkələri daxilində və ya xaricində terror aktı törətmələri üçün silahdan istifadəni və həbs və əsir olacaqları təqdirdə müstəntiqlərlə necə danışacaqlarını öyrənirlər. Bu təlimlər gizli və müxtəlif dərslər adı altında keçirilir.
Lakin Belçikada narahatlıqlar daha çoxdur. Çünki bu ölkənin qəzetləri ölkənin şimalındakı meşələrdə ekstrimistlərin təlim düşərgələrinin olduğu barədə xəbər vermişlər. Belçika polisi bu barədə araşdırmalara başlamışdır.
Məlumata əsasən, təkcə Belçikadan 400 ifratçı Yaxın Şərqə getmişdir. Bu da hər bir milyon belçikalının 40 nəfəri deməkdir.
Hesabatda ciddi təhlükəsizlik problemilə üz-üzə olan Balkan ölkələrinə xüsusi diqqət yetirilmişdir. Çünki bu ölkələrin polisi qanuna tabe olmadıqları üçün bir çox ciddi problemlər yaşayırlar.
1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21