Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2016

Rusiya Türkman Dağı bölgəsinə S-400 zenit raket kompleksləri yerləşdirir

Rusiya Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Türkman Dağı bölgəsinə S-400 zenit raket kompleksləri yerləşdirir.

Bu barədə Türkiyə iqtidarına yaxın “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Məlumata görə, Moskvadan gələn mütəxəssislər kompleksin yerləşdirilməsi üçün araşdırmalara başlayıb və S-400-lərin Salma qəsəbəsində qurulması üçün işlərə start verilib.

Rusiya bu bölgədə yerləşdirilən S-400-lər sayəsində Türkiyənin Qaziantep, Mardin, Adana, Mersin, Hatay, Niğdə, Nevşəhər, Antalya, Şanlıurfa və Konya vilayətlərini nəzarət altında saxlaya biləcək.

Kreml Türkman dağının ən yüksək nöqtələrinə isə dinləmə stansiyaları quraşdıracaq.

"ASO" terrorçularının Baş Qərargah rəisi Əhməd Berri Rusiyanın Latakiyadakı hərbi bazasını qorumaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, noyabrın 24-də rus bombardmançısının Türkiyə tərəfindən vurulmasından sonra Moskva Suriyadakı bazasına S-400 hava hücumundan müdafiə sistemlərini göndərib./axar/
774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi