Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Yeni təmirdən çıxmış məktəbdə qızdırıcı üçün pul yığılır

"Məktəb yenicə təmirdən çıxıb. Əla təmir olunub, hər cür də şəraiti var. Gəl ki, istilik sistemi qurulsa da, istilik özü yoxdur. Uşaqlardan pul yığırlar ki, siniflərə qızdırıcılar alsınlar".

Bunu "Azadlıq" radiosunun "Qaynar xətt"inə İmişlidəki 1 saylı orta məktəbdə təhsil alan bir qrup şagirdin valideynləri deyir.


Rayon sakini Əlizamin Əhmədovun 3 övladı həmin məktəbdə təhsil alır. Dekabrın 17-də hər üçü məktəbdən evdə dönəndə, atalarına ilk sözü bu olub ki, «sabah məktəbə 3 manat aparmalıyıq, qızdırıcı üçün».

TƏZƏ MƏKTƏBDƏ KÖHNƏ "ƏNƏNƏ"

Valideyn:

"Təmirdən çıxmış məktəbin istiliyini məktəb rəhbərliyi bizim hesabımıza həll etmək istəyir. Uşaqlar deyirlər, sinifdə soyuqdan oturmaq mümkün deyil. Müəllimlər də, şagirdlər də sihinfdə palto ilə oturmalı olurlar. Soyuq uşaqların fikri dərsdən yayındırır, həm də günaşırı yüksək hərarətlə evdə xəstə yatmalı olurlar".

Məktəbin direktoru Akif Mövsümov siniflərin istilik təminatında problemin yarandığını etiraf etsə də, bunu müvəqqəti hesab edir:

"Məktəbimiz 2008-ci ildə əsaslı təmirdən çıxıb. İstilik sistemi də yeni qurulub. Tez-tez suyun itməsi halları olur. Texniklər baxır, tədbir görür, istilik bərpa edilir. Bu hal tez-tez baş versə də, texniklər aradan qaldırır. Sadəcə, istilik sistemi betonun altındadır deyə, bu, texniklərə problemi tez həll etməkdə bir qədər çətinlik yaradır. Ancaq əsas odur ki, siniflər fasiələrlə də qızdırılır".


DİREKTOR VƏD EDİR

Qızdırıcıların alınması üçün şagirdlərdən pul yığılmasına gəlincə isə, direktor bunu təkzib edir:

"33 sinif otağında döşəmə laminat, pəncərələr plastikdir. Bu otaqlarda qızdırıcı quraşdırmaq qəti qadağandır. Bundan başqa, 33 otaqda qızdırıcı quraşdırılsa, buna elektrik xətləri də davam gətirməz. Hətta müəllimlər o qızdırıcıları aldırsalar belə, mən quraşdırılmasına imkan vermərəm".

Direktor şagirdlərdən qızdırıcı üçün pul yığımını araşdıracağını, sinif otaqlarındakı istiliyin tezliklə bərpa olunacağını vəd edir.
1426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber