Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2016

Maariv: Sionistlər Hizbullah təhlükəsindən narahatdırlar – VİDEO

Sionist rejim olan İsraildə fəaliyyət göstərən Maariv qəzeti işğal olunmuş ərazilərdə Hizbullahın hər gün artan hərbi qüdrətindən və Qüdsü işğal edən rejimə vura biləcəyi xəsarətlərdən əhalinin kütləvi şəkildə narahat olması barədə xəbər verib.

Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, qəzet sionist rejim olan İsrailin zabitlərinə istinadla yazıb: İsrail sərhədləri arxasındakı reallıqlar göstərir ki, təhülkəsizlik orqanları əvvəlkindən daha çox kəşfiyyatla məşğul olmalıdırlar. Proqnozlara görə 2016-cı il sərhədlərin istənilmədən dəyişməsi ili olsun.
Qəzet yazıb: İsrail ordusu özünü şimal ya cənub cəbhələrində istənilən müharibəyə hazır edib.
Maarivin adını çəkmədiyi sionist zabitlər bildiriblər: Biz qonşu ölkələrin qarışıqlıq və iğtişaşa düçar olmasını və silahlı qruplaşmaların bütün Yaxın Şərq regionunu əhatə etməsini proqnozlaşdırırıq.
Zabitlər bildiriblər: 2016-cı ildə İsrailin təhlükəsizlik orqanlarından tələb ediləcək ki, özlərini müharibəyə hazırlasınlar. Elə bir müharibəyə ki, bəlkə öncəki müharibələrdən daha da çətin olsun. Çünki İsrailə qarşı həssaslıq və düşmən baxışları artmışdır. Yaxın Şərqdə hər an hər bir hadisənin baş verməsi mümkündür.
Yüksək rütbəli sionist hərbiçilər İsraili hədələyən ən böyük təhdidin şimal və cənubdan olduğunu qeyd etmiş və təkidlə bildirmişlər: Şimaldan olan təhdid Livanın Hizbullah təşkilatıdır. Belə ki, silahının çoxluğuna görə, bu təşkilat sözün əsil mənasında həqiqi bir orduya çevrilmişdir. Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah qırmızı xətlər təyin etmişdir. Əgər bu qırmızı xətlər ayaq altına alınsa, öz qüvvələrini İsrailə doğru hərəkət etdirməkdə heç bir tərəddüd etməyəcək. Əgər Seyid Nəsrullah işə əl qoysa, olduqca çətin bir müharibə başlayacaq, İsrailin şimal məntəqələri Hizbullahın raketlərilə darmadağın ediləcək, İsrailin qırıcıları vurulacaq, İsrailin gəmiləri də məhv ediləcək, Bin Qorion aeroportu bağlanacaq və hərbi qüvvələr əsir götürüləcək. Lakin Hizbullah da ağır zərbələrə məruz qalacaq. Çünki İsrail öz hərbi potensialını ən yüksək həddə artırmışdır.
Sionist zabitlər İsrailin cənubunda HƏMAS-ın nəzarətində olan Qəzzə təhlükəsi barədə də deyiblər: HƏMAS öz hərbi potensialını yenidən qurur. Yenə də tunel qazmaqla məşğuldur və özünü İsraillə müharibəyə hazırlayır. Lakin İsrail də əlini əlinin üstünə qoyub oturmayıb və Qəzzə ətrafında öz qüvvələrini yerləşdirməklə özünü hər bir müharibəyə tam hazır edir.


1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat