Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2016

Rusiyadan Türkiyəyə qaz zərbəsi

Rusiyanın “Qazprom” şirkəti Türkiyənin özəl qaz şirkətlərinə tətbiq etdiyi 10,25 faizlik endirim qərarını ləğv edib.

Bu barədə Türkiyənin “Habertürk” saytı Ankara kulislərinə istinadən məlumat yayıb.

Bu qərarın Türkiyə ilə Rusiya arasında “Su-24 böhranı” və qaz qiymətlərinin ucuzlaşmasına görə verildiyi təxmin olunur.

“Bosfors Qaz”, “Enerko Enerji, “Qərb Xətti”, “Kibar Enerji”, “Avrasiya Qaz” və “Şel Enerji” şirkətləri Rusiyadan il ərzində 10 milyard kubmetr qaz alır. “Qazprom” 2015-ci il yanvarın 1-dən etibarən Türkiyə şirkətlərinə 10,25 faiz endirim tətbiq edirdi./axar/
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP