Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2016

250 manat maaşla «Audi Q7» sürən bağça müdirəsi

151 saylı uşaq bağçasının rəhbəri Venera Xəlilova bu «sirri» heç kimə öyrətmək istəmir

Ötən günlərdə Binəqədi sakini Samira Qurbanova mətbuata müraciət edərək, 7-ci mikrorayonda yerləşən 151 saylı uşaq bağçasında baş verən özbaşınalıqlardan şikayətçi düşmüşdü. Qurbanovanın əsas şikayəti bağçanın müdirəsi Venera Xəlilovanın götürülən uşaqdan əvvəlcə 500 manat, hər ay isə 100 manat almasıyla bağlıydı.

Şikayətdə qeyd edilirdi ki, dövlət bağçası olmasına rəğmən, belə bir qayda-qanunun tətbiq edilməsi başa düşülən deyil. Üstəlik, Samirə Qurbanova hər ay veriləcək 100 manatı yubatdığı üçün uşağını bağçadan çıxarmaq istəyirlər.

Venera Xəlilovanın rəhbərlik etdiyi 151 saylı uşaq bağçası həqiqətən dövlətin balansındadır. Dövlət büdcəsindən Binəqədi İcra Hakimiyyətinə bununla bağlı pul ayrılır. İndi İcra Hakimiyyətinin həmin pulu bağçaya verib, vermədiyi bir az müəmmalı məsələdir.

Digər tərəfdən Venera Xəlilova Səbayel rayonunun icra başçısı Eldar Əzizovun qohumu kimi çıxış edir. O səbəbdən də baş verən istənilən özbaşınalıqdan qətiyyən çəkinmir.

Amma bizi maraqlandıran bir başqa məsələ daha var. Xanım Xəlilova faktiki olaraq «Audi Q7» markalı maşın sürür. Orta hesabla həmin maşının dəyəri 63 min dollardan başlayır. Yetərli qədər komfortlu və təhcizatlı maşındır. Düzdür, bir qədər sürət üçün nəzərdə tutulub, amma bir xanım üçün də əlverişli sayılmalıdır.

Təbii ki, biz Venera Xəlilovanın bahalı marka maşın sürməsinə qəti etiraz etmirik. Sadəcə, bizə maraqlıdır ki, belə bahalı avtomobili xanım Xəlilova haradan və necə alıb? Əgər söhbət onun rəhbəri olan bağçadan gedirsə, onun aylıq əmək haqqısı ən yaxşı halda 250-300 manat ola biləcək. Bu pulla «Audi Q7» almaq üçün insana normalda yeyib-içmədən 50 il vaxt lazımdır.

Dövlət bağçalarında korrpusiya və rüşvətxorluq hallarının olması heç bir zaman inkar edilmir. Bu dəfələrlə deyilməyib, hətta isbat olunub. Büdcədən hər il ayrılan milyonlarla manat vəsait də yerli İcra Hakimiyyətləri ilə uşaq bağçalarının müdirləri arasında qazanc yeri kimi nəzərdə tutulub. Elə Venera Xəlilovanın bahalı maşın alması, lüks evdə əyləşməsi də qeyd olunanların təzahürüdür./jam/
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi