Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Moskvada azərbaycanlını ölümcül yaraladılar

Şirvan şəhərindən olan 42 yaşlı Elşən Süleymanov 2 gündür komadadır

Moskvada daha bir azrəbaycanlını ölümcül vəziyyətə salıblar. Əslən Şirvan şəhərindən olan və ailəsilə birlikdə Moskvada yaşayıb işləyən Elşən Aqil oğlu Süleymanov 2 gün əvvəl naməlum şəxslər tərəfindən bıçaqlanıb və hazırda komadadır.
Məlumatı azadliq.info-ya Süleymanovun yaxınları verib. Məlumatda deyilir ki, 42 yaşlı Elşən Moskvanın Kosmos mehmanxanısı yaxınlığında bıçaqlanıb. Zərbələrdən biri onun boğaz nahiyəsindən dəyib və həyatı üçün təhlükə yaradıb. Hazırda o, Sklifasofski Təcili Tibbi Yardım Xəstəxanasında koma vəziyyətində yatır.
Basıqnçılar onun avtomobilini də qaçırıblar. Lakin avtomobil sonradan qonşu küçələrin birində tapılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının hansı tədbilər gördüyü haqda məlumat ala bilməmişik.
Yaxınları Elşənin iki gündür komadan ayılmadığını deyib, onun həyatını itirə biləcəyindən narahatdırlar. Onlar Azərbaycanın Rusiyadakı səfirliyindən hadisəni diqqətdə saxlamağı gözləyirlər./azadlıq/
1471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP