Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

30 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
992 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33