Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

İŞİD “Cəbhət ən Nüsrə”-nin düşərgəsini ələ keçirdi

Suriya-Livan sərhədində İŞİD silahlıları “Cəbhət ən Nüsrə” qruplaşmasının düşərgəsini ələ keçirib.

“Rosbalt”-ın verdiyi xəbərə görə, hücum nəticəsində 5 “Cəbhət ən Nüsrə” üzvü öldürülüb, 6-sı əsir götürülüb.

Ölənlər arasında “Cəbhət ən Nüsrə”nin liderlərindən biri Əbu-Mərayənin olduğu bildirilir.

Məlumata əsasən, terrorçular arasında döyüşlər Ərsal dağ rayonunda iki gündür ki, davam edir.

Qeyd edək ki, “Cəbhət ən Nüsrə” “Əl-Qaidə”nin Suriya və Livandakı qolu sayılır.
700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59
<