Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

ABŞ-da növbəti silahlı insident baş verib

ABŞ-da naməlum şəxs tibb mərkəzində atəş açıb, ölən və yaralananlar var

ABŞ-ın Nevada ştatında yerləşən tibbi mərkəzdə atışma olub. Apa-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumata görə, hadisə Reno şəhərində baş verib.

Reno Gazette-Journal nəşrinin məlumatına görə, naməlum şəxs tibb mərkəzində atəş açandan sonra özünü güllələyib. CNN telekanalının məlumatına görə, insident nəticəsində 4 nəfər yaralanıb. Hadisənin səbəbləri məlum deyil.
1447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...